Müstəqil Azərbaycan Dövlətinin hər bir sahədə inkişafında öz təşəbbüs və ideyaları ilə cəmiyyətdə daim xalqımız tərəfindən dəstəklənən, Prezident Cənab İlham Əliyevlə çiyin-çiyinə çalışan, Mehriban xanım Əliyeva həm də insanlara qarşı göstərdiyi humanist və xeyirxah əməlləri ilə də böyük hörmət və nüfuz sahibi kimi fərqlənmiş, siyasətdədə öz layiqli yerini tutmuşdur. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edir “Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən". Azərbaycan cəmiyyətində müasir siyasət dünyasının görkəmli qadın liderləri sırasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ölkəmizdə çox böyük uğurla qarşılanan ideya və təşəbbüsslərin müəllifidir.Azərbaycanın görkəmli ziyalı ailəsində böyüyüb təhsil alan Mehriban xanım Əliyeva həm də Ümummilli lider Heydər Əliyev məktəbində bilik və təcrübəsini dahada zənginləşdirərək, Prezident Cənab İlham Əliyevin həyat yoldaşı olmağı ilə yanaşı Dövlətimizin inkişafında Prezident Cənab İlham Əliyevlə çiyin-çiyinə çalışmış, peşəkar diplomat qadındır.Hər tərəfli biliyə malik Mehriban xanım Əliyevanın təşəbbüsü sayəsində 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondu təsis edilmişdir.Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti tarixinin nümunələrini planetin ən ucqar güşələrinə belə çatdıra bilmişdir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir: Mehriban xanım ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş erudisiyaya malik olduğunu hər dəfə yüksək səviyyədə nümayiş etdirir. Mehriban xanım Prezidentimizin gördüyü işlərə davamlı dəstəyi ilə həyata keçirilən siyasətə töhfələri ilə bu inamı daha da qüvvətləndirir; xalq-dövlət münasibətlərinə pozitiv ruh gətirir. Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatında rolu mühüm, xidmətləri danılmazdır.Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri , Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, “Azərbaycan –İrs” jurnalının redaktoru və Azərbaycan Respublikasının Birinci Vitse-prezidentdir.Azərbaycan Respublikasının Prezidentinin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib və təyin edildiyi vaxtdan bu günədək Mehriban Əliyevanın bu günkü ictimai fəaliyyəti Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi ümummilli siyasətin ayrılmaz hisəssidir.Mehriban xanım Əliyevanın adı müasir dünyanın lider qadınlar sırasında çəkilir.Çox şaxəli fəaliyyətinin nəticəsində Mehriban xanım Ölkəmizin xaricdə tanıdılmasında, mədəniyyətimizin təbliğində yorulmaz fəaliyyət göstərərək, Dövlət siyasətinin xaricdə həyata keçirilməsində böyük töhfələri ilə Dövlətimizlə dostluq əlaqələrinin qurulmasında yadda qalan olmuşdur. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz növbəsində bütün bu sahələrdəki lahiyələrin həyata keçirilməsinə, xüsusilə də dünya standartlarına cavab verən və ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təhciz olunmuş məktəblərin, baxçaların, tikintisinə azərbaycançılıq məfkurəsinin bərqərar olunmasına, milli-mənəvi dəyərlərin qorunmasına, böyüməkdə olan gənc nəslin sağlam, hərtərəfli biliyə malik, layiqli vətəndaş, gələcəyin mütəxəsisi kimi yetişməsinə yardım edir. Azərbaycanın qədim və çağdaş mədəniyyətinin, incəsənətinin milli musiqi sənətinin dünyada təbliğ olunmasında Mehriban xanımın UNESCO-da xoşməramlı səfir təyin olduğu vaxtdan misilsiz xidmətləri ilə seçilmiş, milli-mənəvi dəyərlərmizin, qədim mədəniyyət nümunələrmizin UNESCO-nun qorunmaqda olan İrs siyahısına daxil edilməsində fəal iştirak etmişdir. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi möhtəşəm işləri, reallaşdırdığı qlobal lahiyələri ortaq bir xətt birləşdirir - humanizm, insanspərvərlik, mərhəmət. Bu ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın siyasi portiretinin ən ümdə və ülvi cizgiləridir.Azərbaycanın birinci xanımı çıxışlarında vurğulayır : “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqirasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin pioritet istiqaməti elan etmişdir “. Həm dünyanı cənginə almış Koronovirus (Covid-19) pandemiyası dövründə həmdə ki, 44 günlük Vətən müharibəsi dövründə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağrışları və xeyirxah təşəbbüsü sayəsində minlərlə ailələrə Heydər Əliyev Fondu tərəfindən maddi yardım göstərilmiş, vətəndaşlarmıza maddi-mənəvi dəstək göstərilmişdir.II Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi Zəfərdən sonra Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez işğaldan azad olunmuş torpaqlarmıza səfəri təşkil olunur.İşğaldan azad olunmuş torpaqlarmızın yenidən dirçəldilməsində Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Şuşa şəhərində qədim tarixə malik olan mədəniyyət nümunələrmiz, məscidlər, tarixi mədəni-abidələrmiz yenidən bərpa olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti , Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri və nəhayət, Azərbaycanın Birinci xanımının adı, heç şübhəsiz ki, bundan sonra da müasir dünyanın görkəmli lider qadınları sırasında ön sıralarda olacaq, ictimai statusu və uğurları onun uğur hekayəsinin zənginləşməsinə, siyasi nailiyyətlərinə yeni-yeni parlaq səhifələr açacaq. Azərbaycan xalqının qəlbində, yaddaşında öz xeyirxah fəaliyyəti, insansevərliyi və humanistliyi ilə əbədi qalacaq xoşməramlı misiyyaları ilə kiçikdən-böyüyə hər bir vətəndaşın sevgisini qazanmış Birinci vitse-prezident Mehriban xanımı qarşıdan gələn ad günü münasibətilə təbrik edirik, xalqımızın lider qadınına can sağlığı və uğurlu fəaliyyət arzulayırıq!.Ceyran Quliyeva,Xocalı rayon Qaragav kənd tam orta məktəbin müəllimi